Hamilə qadınlar nikah haqqında şəhadətnamə olmadan doğuşa buraxılmır? - TƏBİB-dən AÇIQLAMA

Hamilə qadınlar nikah haqqında şəhadətnamə olmadan doğuşa buraxılmır? - TƏBİB-dən AÇIQLAMA
23.08.2024 21:18
Aa
dəq

Hər bir insanın tibb müəssisəsinə maneəsiz müraciət etmək hüququ var. Amma bəzən vətəndaş hüquqlarının qanunsuz şəkildə tapdalanmasının da şahidi oluruq. İstər tibb müəssisələri, istər marketlər, istərsə də restoranlar… Hüququmuzun harada və necə tapdalanacağını öncədən müəyyən etmək isə çətin məsələdir.

Cəmiyyətdə yaşlılar, baxıma möhtac olan xəstələr, körpələr və hamilələr kimi həssas olan təbəqələr mövcuddur. Bəs bu şəxslərin hüquqlarının tapdalanması tibb müəssisəsində olarsa, necə? Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, hamilə bir qadın nikah haqqında şəhadətnaməsi olmadığı üçün doğuşa buraxılmayıb.

Hipokrat andı içmiş həkimlər və onların ayağına gələn xəstələr…

Ümumiyyətlə doğuşa girmək üçün nikah haqqında şəhadətnamə mütləqdirmi? Bu şahadətnamə olmasa, qadın doğuşa buraxıla bilməzmi? Bu nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən ginekoloq Rəşad Sultanın sözlərinə görə, qadınların nikah haqqında şəhadətnamə olmadan doğuşa buraxılmaması kimi iddilar düzgün deyil:

Ginekoloq Rəşad Sultan - YouTube

“Pasient doğuşa gələn zaman biz ondan nikah haqqında şəhadətnamə istəyirik. Amma bu, o demək deyil ki, nikah haqqında şəhadətnamə yoxdursa, biz doğuşa icazə vermirik. Sadəcə xahiş edirik ki, şəhadətnaməni təqdim etsin. Bunu ona görə istəyirik ki, doğuş sosial hüquqi hadisədir. Uşaq doğulandan bir neçə gün sonra evə  buraxıldıqda, ona sənəd verilir. Bu sənəd isə doğuş haqqında arayışdır. Valideyn də həmin arayış əsasında müvafiq orqandan övladı üçün sənəd alır. O sənədin də doldurulması üçün nikah haqqında şəhadətnamənin olması vacibdir. Nikah haqqında şahadətnamə olmadığı zaman biz ya o sənədi verə bilmirik, ya da yarımçıq veririk. Bu baxımdan nikah haqqında şahadətnaməni doğuşa gələn qadından xahiş edirik. Bir sözlə, şəhadətnamə olmadan da qadın doğuşa buraxılır”.

TƏBİB-dən saytımızın sorğusuna cavab olaraq bilidirilib ki, hər bir vətəndaşın sağlamlığının qorunması üçün tibb müəssisəsinə maneəsiz müraciət etmək hüququ var. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Bu hüquq qanunvericiliklə nəzərdə tutulmamış hər hansı bir sənədin tələb edilməsi ilə müşayiət olunmur və bu səbəbdən vətəndaşdan tibbi xidmətin göstərilməsi müqabilində nikah haqqında şəhadətnamənin istənilməsi qanunauyğun deyil.

“Sosial şəbəkədə anonim şəkildə paylaşılan iddia TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə aiddirsə, fakt təqdim edildiyi təqdirdə ətraflı araşdırıla bilər. Qeyd edək ki, vətəndaşlar tibbi xidmət almaq və icbari tibbi sığortadan yararlanmaq üçün şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir”.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Qarabağ və Şərqi Zəngəzurda daha bir universitet yaradıla bilər - AÇIQLAMA

Qarabağ və Şərqi Zəngəzurda daha bir universitet yaradıla bilər - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Təhsil haqqının artırılmasının səbəbləri nələrdir? - AÇIQLAMA

Təhsil haqqının artırılmasının səbəbləri nələrdir? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Sülh adı gələndə İranın “başı ağrıyır”, əsəbiləşir - FAZİL MUSTAFADAN SƏRT AÇIQLAMA

Sülh adı gələndə İranın “başı ağrıyır”, əsəbiləşir - FAZİL MUSTAFADAN SƏRT AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Zəngəzur dəhlizində özəl şirkət fəaliyyət göstərə bilər?

Zəngəzur dəhlizində özəl şirkət fəaliyyət göstərə bilər?
DAVAMIN OXU davamın oxu

"Antiterror əməliyyatından sonra bölgədə vəziyyət stabildir" - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu