Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Quterreş İsraillə Livan arasında atəşkəsi alqışlayıb

2 dəq
Paylaş:
Quterreş İsraillə Livan arasında atəşkəsi alqışlayıb

BMT-nin Antonio İsrail və Livan arasında atəşkəsi alqışlayıb və hər iki tərəfi əldə olunmuş razılaşmaya əməl etməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti yazıb.

Quterreş atəşkəsin İsrail və "" qruplaşması arasındakı münaqişənin uzunmüddətli həllinə yönəlmiş danışıqlara aparan yolun davamı olacağına ümidini ifadə edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı əməliyyatlara başlayıb, bir neçə şəhərə hava hücumları təşkil ediblər. Elə həmin gün İranın Ali Lideri Əli Xamenei hücumlarda öldürülüb. Cavab olaraq İran İsrailə zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

"Hizbullah" İranın tərəfində müharibəyə qoşularaq İsraili raket və pilotsuz təyyarələrlə atəşə tutduqdan sonra İsrail Müdafiə Qüvvələri qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ərazilərinə zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə ikihəftəlik atəşkəslə bağlı razılığa gəlib.

Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilib. Bu raundda atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlanma tarixi müəyyən edilməli idi.

Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs elan etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax