Operativ Məlumat Mərkəzi

Gürcüstandan Azərbaycana pirotexniki vasitə və ratsiyanın qanunsuz gətirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
Gürcüstandan Azərbaycana pirotexniki vasitə və ratsiyanın qanunsuz gətirilməsinin qarşısı alınıb
Gürcüstandan Azərbaycana qanunsuz olaraq xeyli miqdarda pirotexniki vasitə və ratsiyanın gətirilməsinin qarşısı alınıb. Bu barədə  "Operativ Məlumat...

Gürcüstandan Azərbaycana qanunsuz olaraq xeyli miqdarda pirotexniki vasitə və ratsiyanın gətirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Gömrük Komitəsinə istinadən məlumat verib.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında, Komitənin Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32 472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər