Operativ Məlumat Mərkəzi

Füzulidə silah-sursat aşkarlanıb

1 dəq
Paylaş:
Füzulidə silah-sursat aşkarlanıb
İşğaldan azad edilən Füzuli rayonunda silah-sursat aşkarlanıb. Bu barədə  "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin...

İşğaldan azad edilən Füzuli rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər