Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
13.12.2023 12:06
Aa
dəq

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən  "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

Məlumdur ki, yağışlı, çiskinli havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması, sürücülərin görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır.

Odur ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməlidir. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, su gölməçələri şinlərin yerlə təmasını azaldır ki, bu da avtomobilin sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırır.

​ Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik".

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu