Gürcüstanın turizm gəlirləri yanvar-iyun dövründə 5,2 faiz artaraq 1,9 milyard dollara çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.
İlin birinci yarısının sonunda turizm ölkəyə pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30,4% çox gəlir gətirib. O zaman gəlir 570 milyon dollar idi.
Gürcüstan büdcəsinə vəsait axını əsasən Aİ və Böyük Britaniyadan gələn turistlərin sayının artması hesabına artıb. Altı ay ərzində Gürcüstanın bu ölkələrdən gələn səyahətçilərdən əldə etdiyi gəlir 14% artaraq 246 milyon dollara çatıb.