Operativ Məlumat Mərkəzi

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar

1 dəq
Paylaş:
Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə paylaşım edib. O bildirib ki, AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandıqları üçün...

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandıqları üçün millinin bütün oyunçuları “Şərəf” ordeni alacaqlar: “Şəxsən mən bir azarkeş kimi 30 ildir bu günü gözləyirdim. Uşaqlar bizə ən böyük xoşbəxtlik bəxş etdilər. Onlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər