Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsindəki çıxışı zamanı işğal dövründəki dağıntılara toxunub. O, Ağdamdan fərqli olaraq, Füzulidə şəhərin izlərinin tamamilə silindiyini və xarabalıqların belə qalmadığını vurğulayıb.
Emin Hüseynovun sözlərinə görə, hazırda bölgədə “Böyük Qayıdış” prosesi uğurla davam etdirilir. Rayonlar üzrə yaşayış məntəqələrinin sayı aşağıdakı kimidir:
- Ağdam: 72 yaşayış məntəqəsi
- Füzuli: 60 yaşayış məntəqəsi
- Xocavənd: 83 yaşayış məntəqəsi
Xüsusi nümayəndə qeyd edib ki, hazırda 11 yaşayış kvartalı, 25 min mənzil və 1 864 fərdi yaşayış evi mövcuddur. İnfrastrukturun bərpası ilə yanaşı, əhalinin məskunlaşması da təmin olunur. Ağdamda üç kənd və bir yaşayış massivi artıq istifadəyə verilib.
Məskunlaşma göstəriciləri:
- Ağdamda 7 min nəfər
- Füzuli və Xocavənddə birlikdə 3 min nəfər
- Ümumilikdə üç rayonda 13 min 700 nəfər
Emin Hüseynov bildirib ki, geri qayıdan vətəndaşlar artıq yeni yaşayış yerlərində məskunlaşaraq cəmiyyətin məhsuldar üzvlərinə çevrilirlər.