Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Lifan" markalı minik maşını "Ateko" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.