Operativ Məlumat Mərkəzi

Zirehli maşın qəzaya uğradı: Külli miqdarda qızıl yoxa çıxıb

2 dəq
Paylaş:
Zirehli maşın qəzaya uğradı: Külli miqdarda qızıl yoxa çıxıb

Türkiyənin İzmir-İstanbul magistral yolunun Karacabey Canbaz mövqeyində Bursa şəhərinə qiymətli yük daşıyan zirehli avtomobil ağır yol qəzasına uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində vasitəsi yol kənarındakı maneələrə çırpılıb.

Hadisə zamanı sürücü və avtomobildə olan daha iki nəfər xəsarət alıb. Hadisə yerinə dərhal jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzadan sonra aparılan yoxlamalar zamanı məlum olub ki, bir zərgərlik mağazasına məxsus külli miqdarda nağd pul və qızıl daşıyırmış. Zərbənin təsirindən ətrafa səpələnən qiymətli hüquq-mühafizə orqanları tərəfindən toplansa da, hər biri 1 olan 11 ədəd qızıl külçənin yoxa çıxdığı məlum olub.

Həyata keçirilən intensiv axtarışlar nəticəsində həmin külçələrdən 3-ü avtomobilin daxilində gizli qalmış hissələrdə tapılıb. Qalan 8 kiloqram qızılın tapılması üçün jandarma qüvvələri ərazidə genişmiqyaslı başladılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax