İranın xarici işlər naziri Abbas Araqçı ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud arasında telefon danışığı baş tutub. Tərəflər Qərbi Asiyada müşahidə olunan gərginliyin azaldılması və regionda sabitliyin bərqərar olması üçün atılan diplomatik addımları nəzərdən keçiriblər.
Söhbət zamanı nazirlər regionda sülhün və təhlükəsizliyin qorunmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin, ikitərəfli əlaqələrin gücləndirilməsi və regional problemlərin dialoq vasitəsilə həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Bu təmas Tehran və Ər-Riyad arasında son dövrlər davam edən diplomatik yaxınlaşma prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.