Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov İrpen şəhərinə gedib

1 dəq
Paylaş:
Ceyhun Bayramov İrpen şəhərinə gedib

Ukraynada səfərdə olan Azərbaycanın naziri İrpen şəhərinə gedib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri "X" sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycanın dəstəyi ilə yenidən qurulan Ukraynanın qəhrəman şəhəri İrpendə xarici işlər naziri Ceyhun Bayramovu salamlamaqdan məmnunam”, – Yuri Husyev bildirib.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi həmrəyliyə görə təşəkkürünü ifadə edib.

“Ukraynaya göstərdiyi həmrəyliyə və ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində davam edən birgə səylərə görə Azərbaycana minnətdarıq”, – diplomat vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax