Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Ukraynada AXC-nin arxiv sənədləri ilə tanış olub

1 dəq
Paylaş:
Ceyhun Bayramov Ukraynada AXC-nin arxiv sənədləri ilə tanış olub

Azərbaycanın naziri Xarici İşlər Nazirliyində Xalq Cümhuriyyətinin (AXC) bu ölkədəki fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində məlumat yayıb.

Bildirilib ki, nazirə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik missiyasının (komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətləri əks etdirən arxiv materialları təqdim edilib.

Nazirə nümayiş etdirilən materiallar arasında tarixi sənədlər, rəsmi yazışmalar, həmçinin həmin dövrdə Azərbaycan və Qafqaz regionuna dair hazırlanmış hesabatlar da yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax