İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycan Respublikasına işgüzar səfəri mayın 4-də başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Melonini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.