Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramının müddəti uzadılıb, say artırılıb

Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramının müddəti uzadılıb, say artırılıb
12.08.2024 12:35
Aa
dəq

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb.

 "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nda “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilib.

Bundan əlavə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin sayı 400-dən 500-ə qaldırılıb. Dəyişikliklə Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin ediləcək.

Dövlət Proqramında qeyd edilib ki, ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcək

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramına doktorantura pilləsi də əlavə edilib.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu