Operativ Məlumat Mərkəzi

Gələn həftədən məktəbəhazırlıq qruplarına qəbul başlayır

1 dəq
Paylaş:
Gələn həftədən məktəbəhazırlıq qruplarına qəbul başlayır
bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan...

İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər