Əsas məzmuna keç

Baş Dövlət Yol Polisi İdarəsi buzlaşma təhlükəsi ilə bağlı sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi buzlaşma təhlükəsi ilə bağlı sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi yolların buz bağlama ehtimalı ilə bağlı sürücülərə xəbərdarlıq edib.Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki,...

ru en

Baş Dövlət İdarəsi yolların buz bağlama ehtimalı ilə bağlı sürücülərə edib.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bir neçə gün davam edən əlverişsiz nisbətən sabitləşsə də, ötən günlərdə yağan qarın yaratdığı hələ də qalmaqdadır.

Məlumata görə, xüsusilə dağlıq və dağətəyi rayonlarda, eləcə də səhər və axşam saatlarında, küləyə açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə buzlaşma ehtimalı yüksəkdir ki, bu da sürüşmə riskini dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərə müraciət edib. Xüsusilə səfərə çıxan şəxslərdən yollarda buzlaşma ehtimalını unutmamaq, texniki cəhətdən yararsız və mövsümə uyğun təchiz edilməmiş vasitələri ilə yola çıxmamaq, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmaq tövsiyə olunub.

Bundan əlavə, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlara üstünlük vermələri xahiş edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…