“Qarabağ” qapıçılar Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klub paylaşım edib.
Bildirilib ki, Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Amin Ramazanovun isə müqavilə müddəti başa çatıb.
Qeyd edək ki, xorvatiyalı çərçivə qoruyucusu 2024-cü ildə “Vizela”dan “Qarabağ”a transfer olmuşdu. Amin Ramazanov isə 2022-ci ildən klubda çıxış edir.