“Ukraynadakı müharibənin yalnız tərəflərdən biri tamamilə tükəndikdə başa çatacaq”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.
“Mənim qiymətləndirməmə görə, bu müharibə yalnız iki tərəfdən biri ya hərbi, ya da iqtisadi cəhətdən tükəndikdə başa çatacaq”, - deyə kansler bildirib.
Merz həmçinin Rusiya ilə Ukrayna arasında hazırda davam edən sülh danışıqlarına inanmadığını vurğulayıb və əlavə edib ki, Ukrayna böhranının tez bir zamanda həllini gözləmir.