Əsas məzmuna keç

Fransa İsrail məskənlərinin məhsullarına məhdudiyyət tətbiq edəcək

Fransa İsrail məskənlərinin məhsullarına məhdudiyyət tətbiq edəcək

Fransa İordan çayının qərb sahilindəki İsrail məskənlərində istehsal olunan malların idxalını məhdudlaşdırmaq niyyətindədir. Daha 11 ölkə də oxşar tədbirləri dəstəkləyir və ya nəzərdən keçirir.

ru en

Fransa İordan çayının qərb sahilində yerləşən İsrail məskənlərində istehsal olunan malların idxalına tətbiq etməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Fransanın naziri Jan-Noel Barro açıqlayıb.

Onun sözlərinə görə, Paris ya milli səviyyədə ticarət məhdudiyyətləri tətbiq edəcək, ya da Avropa səviyyəsində analoji tədbirləri dəstəkləyəcək.

Qeyd edək ki, Kanada, Danimarka, Finlandiya, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniya da İsrail məskənlərinin məhsullarına qarşı milli məhdudiyyətlər tətbiq etmək, Avropa məhdudiyyətlərini dəstəkləmək və ya digər tədbirləri nəzərdən keçirdiklərini açıqlayıblar.

12 ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında İsrail hökumətinin İordan çayının qərb sahilindəki fəaliyyətinin perspektivini zəiflətdiyi bildirilib.

Fransanın qərarı Avropa İttifaqı daxilində ilə ticarətə dair kollektiv tədbirlər barədə razılaşmanın əldə olunmaması fonunda verilib. Fransanın diplomatik mənbəyi Parisin vəziyyətə görə daha çox gözləyə bilmədiyini və milli səviyyədə hərəkət etmək qərarına gəldiyini bildirib.

Fransanın tətbiq edəcəyi məhdudiyyətlərin dəqiq detalları və qüvvəyə minəcəyi tarix hələ müəyyənləşdirilməyib. Rəsmilər tədbirin İsrailin bütün məhsullarına deyil, məhz məskənlərdə istehsal olunan mallara şamil ediləcəyini vurğulayıblar.

Paris İsrail məskənlərinin genişləndirilməsinin dayanıqlı Fələstin dövlətinin yaradılmasını getdikcə çətinləşdirdiyini bildirib. İsrailin İordan çayının qərb sahilindəki E1 ərazisinin inkişafı ilə bağlı planları da Fransa və ictimaiyyətin böyük hissəsi tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Fransanın diplomatik mənbəyi İsrail məskənlərində yaşayanların zorakılığının artmasını qəbuledilməz adlandırıb və bunun regional sabitlik üçün artan təhlükə yaratdığını qeyd edib.

Paris Fələstin dövlətinin tanınması ilə bağlı beynəlxalq səyləri dəstəklədikdən sonra Fransa-İsrail münasibətlərinin son aylarda daha da pisləşdiyi bildirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…