Fransanın maliyyə naziri Roland Lescure çərşənbə günü açıqlama verərək bildirib ki, hazırda yeni neft ehtiyatlarının bazara buraxılması ilə bağlı hər hansı plan mövcud deyil.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, nazirin sözlərinə görə, bu məsələ yaxın həftələrdə müzakirə oluna bilər, lakin hələlik rəsmi qərar qəbul edilməyib.
Eyni zamanda Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdəki gərginliklərin, xüsusilə İranla bağlı münaqişə risklərinin qlobal neft bazarına təsir etdiyini açıqlayıb. Qurumun hesabatında qeyd olunur ki, dünya üzrə neft tədarükü bu il ümumi tələbatı tam qarşılamaq gücündə olmayacaq.