Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib.
General sabah dəfn olunacaq.Onun Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir.
Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub.
Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.