Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sumqayıtda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb

1 dəq
Paylaş:
Sumqayıtda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə şəhərinin Hacı Zeynalabdin qəsəbəsində mənzillərin birində yanğın olması barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə qüvvələri cəlb edilib.

Beşmərtəbəli binasının beşinci mərtəbəsindəki 45 sahəsi olan mənzilin dəhlizində başlayan yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb və alovun mənzilin digər hissələrinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı aşağıdakı ziyanlar qeydə alınıb:

  • 1 kvadratmetr sahədə ayaqqabı rəfi;
  • Bir ədəd elektrik yuvası.

Yanğın nəticəsində xəsarət alan olmayıb, mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax