Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakının Xətai rayonunda restoranda yanğın olub

1 dəq
Paylaş:
Bakının Xətai rayonunda restoranda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumat əsasında -in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 440 olan restorana məxsus mətbəxdə baş vermiş yanğının genişlənməsinin və obyektin digər hissələrinə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı mətbəxin 16 kvadratmetrlik sahəsinin 4 kvadratmetri üzrə taxta üzlüyü, həmçinin dam örtüyünün yanar konstruksiyaları 6 kvadratmetr sahədə yanıb. Mətbəxin böyük hissəsi və restoran yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət barədə məlumat verilməyib. Yanğının başvermə səbəbləri araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax