Operativ Məlumat Mərkəzi

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

1 dəq
Paylaş:
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.  Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2013-cü il təvəllüdlü uşağı xilas ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər