Ağdaşda nikah yaşına çatmayan şəxsin nişan mərasimində media nümayənədləri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişəylə bağlı ekspertizalar təyin edilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, münaqişə polis tərəfindən araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.