Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş suveren aktivlərindən əldə olunan gəlirlərin beşinci tranşı çərçivəsində 1,4 milyard avro vəsait qəbul edib və bu məbləğin Ukraynaya ayrılacağını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.
Onun sözlərinə görə, avqustun 3-də Avropa Komissiyası 2026-cı ilin ilk yarısı üzrə dondurulmuş Rusiya Mərkəzi Bankı aktivlərinin yenidən investisiya edilməsindən əldə olunan 1,4 milyard avro gəliri qəbul edib.
Fon der Lyayen bildirib ki, bu vəsait Ukraynaya dəstək məqsədilə ayrılacaq. O qeyd edib ki, bu, sözügedən mexanizm çərçivəsində həyata keçirilən beşinci ödənişdir.
Avropa Komissiyasının məlumatına əsasən, indiyədək bu mexanizmlə Ukraynaya ayrılan vəsaitin ümumi həcmi 8 milyard avroya çatıb.