Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

59 kənd təxliyə edilir: Hizbullah İsrailə 15 raket atdı

2 dəq
Paylaş:
59 kənd təxliyə edilir: Hizbullah İsrailə 15 raket atdı

İsrail ordusu Beyrutun cənubunda hava hücumları həyata keçirib, isə cavab zərbələri endirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Livan Milli Xəbər Agentliyi (NNA) istinadən məlumat yayıb.

Bildirilir ki, İsrail ordusu Beyrutun cənub ətrafındakı məhəlləsinə iki hava hücumu həyata keçirib. Habelə Haret Hreik istiqamətində hücumlar bərpa olunub.

"Əl-Cəzirə" telekanalının məlumatına görə, İsrail ordusunun sözçüsü hücumdan əvvəl Hadas bölgəsinin sakinlərinə və Livanın cənubundakı 59 kəndin əhalisinə təxliyə olunmağı əmr edib. Sözçü bildirib: “Tezliklə Hizbullahın fəaliyyətinə qarşı tədbir görəcəyik”.

"Əl-Manar TV" məlumat verir ki, İsrailin hava hücumları zamanı Beyrutun cənub ətrafındakı Ən-Nur radio stansiyasının binası zərbə alıb. İsrailin "Yedioth Aharonot" qəzeti isə Hizbullahın İsrailin şimalına 15 hücumu etdiyini bildirir.

İsrail Daxili Cəbhə Komandanlığı isə Livandan atılan dörd raketin ələ keçirilməsindən sonra Yuxarı Qalileyada xəbərdarlığın ləğv olunduğunu açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax