Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa İttifaqı Çindən gələn ucuz mallara yeni rüsumlar tətbiq edir

3 dəq
Paylaş:
Avropa İttifaqı Çindən gələn ucuz mallara yeni rüsumlar tətbiq edir

Avropa İttifaqı (Aİ) Çindən idxal olunan aşağı dəyərli məhsullarına yeni tətbiq etməyə başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qaydalar “Shein”, “Temu” və “” kimi onlayn satış platformalarının yaratdığı qeyri-bərabər rəqabət şəraitinin aradan qaldırılması məqsədi daşıyır.

Bildirilib ki, çərşənbə günündən qüvvəyə minən dəyişikliklərə əsasən, əvvəllər dəyəri 150 avrodan aşağı olduğu üçün rüsumundan azad edilən bağlamalara artıq ödəniş tətbiq olunacaq.

Məlumata görə, yeni sistemdə bağlama başına deyil, yükün gömrük təsnifatına uyğun hesablanacaq. Belə ki, üç müxtəlif məhsul növündən ibarət bağlama üçün 9 avro, eyni kateqoriyaya aid məhsulların üstünlük təşkil etdiyi bağlamalar üçün isə 3 avro rüsum müəyyən edilib.

Qeyd olunub ki, Aİ rəsmilərinin fikrincə, əvvəlki güzəştli sistem onlayn ticarətin sürətli inkişafı fonunda artıq müasir bazar şəraitinə uyğun gəlmir.

Məlumata əsasən, Avropa Parlamentinin gömrük islahatları üzrə aparıcı deputatı Dirk Qotink bildirib ki, əvvəlki güzəştlərdən Aİ bazarında fəaliyyət göstərən xarici şirkətlər sui-istifadə edirdi. Statistik göstəricilərə görə, Aİ-yə daxil olan aşağı dəyərli elektron ticarət bağlamalarının sayı 2022-ci ildə 1,4 milyard olduğu halda, 2025-ci ildə 5,8 milyarda yüksəlib.

Bildirilib ki, sənaye ekspertləri yeni rüsumların Avropaya hava yolu ilə daşınan malların həcmini 10-35 faiz azalda biləcəyini proqnozlaşdırırlar. Eyni zamanda, əlavə xərclərin məhsul qiymətlərinə təsir göstərəcəyi və istehlakçıların daha yüksək qiymətlərlə üzləşəcəyi gözlənilir.

Qeyd edilib ki, tətbiq olunan 3 avroluq rüsum müvəqqəti xarakter daşıyır və 2028-ci ilin iyulunda Aİ-nin yeni Gömrük İdarəsi fəaliyyətə başladıqdan sonra kateqoriyalar üzrə yeni rüsum sistemi ilə əvəz olunacaq.

Məlumata görə, “Shein” yeni qaydalara uyğunlaşmaq üçün Polşadakı anbar imkanlarını genişləndirib. “AliExpress” rüsum və ƏDV-nin qiymətə daxil edildiyi məhsulların xüsusi nişanlanacağını açıqlayıb. “Amazon” isə ötən il Aİ-də qəbul etdiyi sifarişlərin 97 faizinin artıq ittifaq daxilindəki anbarlardan qarşılandığını bildirib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax