Avropa İttifaqının (Aİ) Azərbaycandakı Səfirliyi ölkəmizin Müstəqillik Günü münasibətilə təbrik mesajı yayıb. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qurumun rəsmi "X" sosial şəbəkə hesabında yerləşdirilən təbrikdə deyilir:
"Müstəqillik Gününüz mübarək, Azərbaycan! Avropa İttifaqı və Azərbaycan enerji, nəqliyyat əlaqələndirməsi, ticarət və "yaşıl keçid" sahələrində əməkdaşlığı gücləndirməyə davam edir. Tərəfdaşlığımızın 30 ili ərzində biz qarşılıqlı hörmətə əsaslanan daha əlaqəli, dayanıqlı və firavan gələcəyin qurulması üzərində birgə çalışmışıq".