Operativ Məlumat Mərkəzi

Ermənistan XİN Mirzoyan-Ceyhun Bayramov danışıqları barədə açıqlama yayıb

1 dəq
Paylaş:
Ermənistan XİN Mirzoyan-Ceyhun Bayramov danışıqları barədə açıqlama yayıb
bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib. Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı...

Ermənistan və Azərbaycan xarici işlər nazirləri münasibətlərin bərpası və sülh müqaviləsinin bağlanması barədə danışıqları davam etdirəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib.

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə planlaşdırılıb.

“Digər detalları əlavə olaraq bildirəcəyik”, - XİN nümayəndəsi vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər