Operativ Məlumat Mərkəzi

Ermənistan tərəfi sərhədi keçən hərbçimizin saxlanıldığını təsdiqləyib

1 dəq
Paylaş:
Ermənistan tərəfi sərhədi keçən hərbçimizin saxlanıldığını təsdiqləyib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Laçın rayonu ərazisində sərhədi keçən Azərbaycan hərbçisinin tutulması barədə məlumatı təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xidmət rəsmi açıqlama yayıb.

Qeyd edilib ki, hadisə çərşənbə günü saat 05:15 radələrində baş verib.

Faktla bağlı istintaq komitəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, ilkin istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər