Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, Rusiya, Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdırlar: “Lakin bunun üçün ən güclü mexanizmi seçmək lazımdır. Tərəflərdən birinin təminatçı olması yaxşıdır, amma bunun kim olacağı barədə düşünməliyik”.
A.Simonyan deyib ki, üçüncü tərəf sülh müqaviləsinin qarantı olmalıdır.