Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan ABŞ və İran arasındakı gərginliyin əsas səbəbkarını açıqladı

2 dəq
Paylaş:
Ərdoğan ABŞ və İran arasındakı gərginliyin əsas səbəbkarını açıqladı

Prezidenti Tayyib ABŞ və İran arasındakı danışıqların uğursuzluqla nəticələnməsinin və gərginliyin artmasının əsas səbəbini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mövcud böhrana görə birbaşa İsrailin fəaliyyətlərini işarə edib.

Ərdoğan bildirib ki, tərəflər arasında yaranmış etimad qırılmasını bərpa etmək mümkün olmayıb.

Onun sözlərinə görə, İsrailin sülh prosesini pozmaq istiqamətindəki davamlı cəhdləri gözlənilən nəticələrin əldə edilməsinə maneə törədib.

“Türkiyə və regionun digər ölkələri vəziyyətin normallaşması üçün mümkün olan bütün səyləri göstəriblər. Tərəflərin yenidən danışıqlar masasına qayıtması üçün diplomatik addımlar sürətləndirilməlidir. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar regionda sülhə xidmət etmir və məyusluq doğurur”.

Qeyd edək ki, Türkiyə Prezidenti bundan əvvəl də regionda gərginliyin azaldılmasının vacibliyini qeyd etmiş, eyni zamanda İranın Fars körfəzi ölkələrinə qarşı zərbələrini pisləmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax