Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Konqoda Ebola epidemiyası genişlənir: Ölənlərin sayı 3 mini keçdi

2 dəq
Paylaş:
Konqoda Ebola epidemiyası genişlənir: Ölənlərin sayı 3 mini keçdi

Kongo Respublikasında virusunun yayılması nəticəsində təsdiqlənmiş yoluxma hallarının sayı 6 min 186-ya, ölənlərin sayı isə 3 min 7-yə çatıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, KDR hökumətinin avqustun 31-nə olan məlumatına görə, may ayında rəsmi elan edilən ölkədə ciddi epidemioloji vəziyyət yaradıb. rəsmiləri ölüm nisbətinin 48,6 faiz təşkil etdiyini bildiriblər.

Müsbət dinamika kimi indiyədək 1409 nəfərin müalicə olunaraq xəstəxanadan evə buraxıldığı qeyd edilir. Hazırda 830 xəstənin müalicəsi və karantin nəzarəti xüsusi tibb mərkəzlərində davam etdirilir.

Virusun yayılması Ituri, Şimali Kivu, Haut-Uele, Tshopo, Cənubi Kivu və Bas-Uele əyalətlərində yerləşən 60 səhiyyə bölgəsini əhatə edir.

Mütəxəssislərin qənaətinə görə, “Bundibugyo” ştammının səbəb olduğu epidemiya tarixində ən genişmiqyaslı və ölümcül Ebola böhranı kimi qiymətləndirilir.

Qeyd edək ki, sözügedən epidemiya 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş Ebola epidemiyasından sonra dünyada qeydə alınan ən böyük yayılmalardan biri hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə