Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin enerji nəhəngləri İranın resurslarını hədəfləyir: Müharibə lobbisinin gizli planları

2 dəq
Paylaş:
ABŞ-nin enerji nəhəngləri İranın resurslarını hədəfləyir: Müharibə lobbisinin gizli planları

ABŞ bir tərəfdən İranla nüvə danışıqlarını bərpa etməyə çalışsa da, digər tərəfdən son illərin ən böyük dəniz qüvvəsini Hörmüz boğazına cəmləşdirir və 200-dən çox döyüş təyyarəsini Yaxın Şərqə yönləndirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hökumətinin bu hərbi addımları ilə eyni vaxtda Vaşinqtonda keçirilən " Institute" (API) toplantısından sızan məlumatlar, diplomatik proseslərin arxasında böyük maraqlarının dayandığını göstərir.

Məlumata görə, qapalı keçirilən "Amerikan Enerjisinin Vəziyyəti" adlı toplantıda enerji sektoru nümayəndələri İrana qarşı mümkün hərbi müdaxiləni neft və təbii qaz sənayesi üçün "ən böyük fürsət" kimi qiymətləndiriblər.

Sektor təmsilçiləri həmçinin Donald Tramp ilə görüşdüklərini və onun da bu fikirlə razılaşdığını iddia edirlər.

Toplantıda çıxış edən "Rapidan Energy Group"un məsləhətçisi və Ağ Evin keçmiş enerji rəsmisi Bob McNally bildirib ki, İrandakı rejim dəyişikliyi ABŞ neft sənayesi və qlobal enerji bazarları üçün böyük strateji qazanc təmin edəcək.

O, İranın neft potensialının Venesueladan daha sürətli istehsal artımı vəd etdiyini və bu ssenarinin Moskvannın enerji gücünü qıracağını vurğulayıb.

"" şirkətinin CEO-su Darren Woods da oxşar mövqe nümayəndə edərək, İranın enerji sektoru üçün tarixin ən böyük fürsəti olacağını qeyd edib.

Xatırladaq ki, "ExxonMobil", "BP", "Shell" və "Chevron" kimi şirkətlərin xarici siyasətə təsiri uzun müddətdir müzakirə mövzusudur. Keçmiş "ExxonMobil" CEO-su Rex Tillersonun ABŞ vəzifəsinə gətirilməsi də neft nəhəngləri ilə Vaşinqtonun strateji qərarları arasındakı sıx bağlılığın ən bariz nümunələrindən biri kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax