Əsas məzmuna keç

Emin Əmrullayev bölgələrdəki oxu savadlılığı probleminə diqqət çəkdi

Emin Əmrullayev bölgələrdəki oxu savadlılığı probleminə diqqət çəkdi

PISA 2025 təqdimatında nazir Lənkəran-Astara, Mil-Muğan və Masallıdakı təhsil böhranına diqqət çəkib. Şagirdlərin uğursuzluq səbəbi nədir? Ətraflı oxuyun.

ru en

Ayrı-ayrı bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri ölkədə ümumi göstəriciyə ciddi təsir edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri PISA 2025 nəticələrinin təqdimatı zamanı elm və naziri deyib. Nazir bildirib ki, bəzi bölgələrdə şagirdlərin təxminən 80-88 faizinin oxu savadlılığı üzrə minimal göstəriciyə çatmaması narahatlıq doğurur.

“Bəzi bölgələrdə 80 faiz civarında oxuyub-anlama üzrə aşağıdır. 88 faizə yaxın göstəricilər də var. Yerdə qalan bölgələrin çəkisi isə daha azdır. Böyük hissəni Bakı, -Xızı və digər bölgələr təşkil edir. Ona görə də bu nəticələr ümumi göstəriciyə təsir edir. Bu regionlarda əsaslı şəkildə işləmək lazımdır. Sertifikatlaşdırma imtahanlarında da bu məsələ ilə bağlı müəyyən nəticələri görmüşük. Həmin bölgələrdə müəllimlərlə mütləq iş aparmaq lazımdır”, - deyə nazir əlavə edib.

Emin Əmrullayev -Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, regionlar üzrə nəticələr təhsildə uzun illər ərzində formalaşmış problemlərin daha aydın görünməsinə imkan verir və bu istiqamətdə sistemli tədbirlərin görülməsinə ehtiyac var.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…