Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, E.Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyevin imzaladığı daha bir Sərəncama əsasən, Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.