Operativ Məlumat Mərkəzi

Əli Əsədov Tacikistanın ticarət və iqtisadi inkişaf naziri ilə görüşüb

1 dəq
Paylaş:
Əli Əsədov Tacikistanın ticarət və iqtisadi inkişaf naziri ilə görüşüb

İyulun 7-də Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavkizoda Zavki ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın aktual məsələləri nəzərdən keçirilib.

Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın altıncı iclasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər