Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Elçin Əmirbəyov Vatikanda görüşlər keçirib

1 dəq
Paylaş:
Elçin Əmirbəyov Vatikanda görüşlər keçirib

Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın Vatikandakı səfirliyi "X" hesabında paylaşım edib.

Məlumata görə, E.Əmirbəyov Müqəddəs Taxt-Tacın (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və təşkilatlarla əlaqələr üzrə katib ( naziri), arxiyepiskop Paul Richard Gallagher ilə danışıqlar aparıb.

Müzakirələr Azərbaycan-Vatikan dövlətlərarası münasibətlərinə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına həsr olunub.

Eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivləri, regional məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax