Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Naxçıvan və Zəngəzur dəhlizi ilə Avropaya enerji ixracı müzakirə edilib

2 dəq
Paylaş:
Naxçıvan və Zəngəzur dəhlizi ilə Avropaya enerji ixracı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov “İstanbul Təbii Zirvəsi” çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Bayraktar və Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşlər keçirib.

Energetika Nazirliyindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşdə ölkələrimiz arasında strateji enerji tərəfdaşlığının yeni layihələrlə genişlənməsindən məmnunluq ifadə edilib. Neft-qaz sahəsində Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin enerji təhlükəsizliyinə töhfələri qeyd edilib. -Türkiyə bu uğurlu enerji birliyinin elektrik enerjisi sahəsində də gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda elektrik enerjisinin Azərbaycandan Naxçıvan və Gürcüstan üzərindən, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya ötürülməsini nəzərdə tutan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Bu yaxınlarda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının , Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki haqqında Anlaşma Memorandumu”nun imzalanması enerji əlaqələrinin genişlənməsinin göstəricisi kimi qiymətləndirilib.

Söhbət zamanı nazir Alparslan Bayraktar “Bakı Enerji Həftəsi”ndə iştirak edəcəyini bildirib.

Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşdə isə müasir enerji reallıqlarında qaz təchizatının sabitliyinin təmin olunmasında boru kəmərlərinin əhəmiyyəti vurğulanıb. Hər iki ölkədə energetika sektorunda aparılan islahatlara toxunulub, müxtəlif istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafı üçün imkanlar dəyərləndirilib. Moldovalı nazir də “Bakı Enerji Həftəsi”ndə iştirakını təsdiqləyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax