Operativ Məlumat Mərkəzi

Baydenin keçmiş köməkçisi siyasətçinin Rusiyaya və Putinə münasibətindən danışdı

2 dəq
Paylaş:
Baydenin keçmiş köməkçisi siyasətçinin Rusiyaya və Putinə münasibətindən danışdı

ABŞ-nin keçmiş prezidenti Co Bayden 1990-cı illərdə senator olduğu dövrdən etibarən artıq Rusiya əleyhinə mövqe tutub.

“Operativ Məlumat Mərkəzi – OMM” RİA Novosti-yə istinadən xəbər verir ki, bunu RT köşə yazarı və Baydenin keçmiş köməkçisi Tara Rid müsahibəsində deyib. Rid siyasətçi ilə, o cümlədən Sovet İttifaqının dağılmasından sonra da işlədiyini bildirib.

Rid xatırladıb ki, o, Arizona senatoru Con Makkeyn ilə Delaver ştatından olan keçmiş senator Bayden arasında keçirilən görüşlərdə iştirak edib. Onların söhbətində belə bir fikir səslənib:

“Onlar dedilər ki, “Biz onların (Rusiyanın – red.) masada oturmasına, iqtisadi cəhətdən yüksəlməsinə imkan verməyəcəyik”. Və sonra Amerika həqiqətən də Rusiyanı soydu”, – deyə Rid qeyd edib.

Keçmiş köməkçilərdən biri Baydeni “müharibəçi” adlandıraraq iddia edib ki, o, Rusiyaya qarşı hərbi addımlar atmaq istəyirdi və 2014-cü ildə Ukraynada baş verən çevrilişdə iştirak edib. Həmçinin, siyasətçinin Rusiya Prezidenti Vladimir Putini xoşlamadığı vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər