EDB Azərbaycan və Türkmənistanı bankın iştirakçıları sırasına dəvət edir

EDB Azərbaycan və Türkmənistanı bankın iştirakçıları sırasına dəvət edir
15.05.2023 12:35
Aa
dəq

Avrasiya İnkişaf Bankı (EDB) Azərbaycan və Türkmənistanı bankın iştirakçıları sırasında görmək istəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu EDB-nin rəhbəri Nikolay Podquzov Asiya və Sakit Okean zonası üzrə Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyasının (ADFIAP) üzvü olan investorların konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

N. Podquzov bildirib ki, Özbəkistanın inkişaf institutunun iştirakçıları siyahısına daxil olması ilə bağlı bu ölkə ilə EDB arasında fəal danışıqlar aparılır.

Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatı olan EDB iqtisadi əlaqələri genişləndirmək və iştirakçı ölkələr olan Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərtərəfli inkişafını təmin etmək məqsədi ilə Avrasiya məkanında investisiya fəaliyyətini həyata keçirir.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu