Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İqtisadi Şuranın iclasında turizmin inkişafına dair dövlət proqramı müzakirə edilib

2 dəq
Paylaş:
İqtisadi Şuranın iclasında turizmin inkişafına dair dövlət proqramı müzakirə edilib

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, iclasın gündəliyində birinci məsələ " Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın layihəsi, o cümlədən, turizmin inkişaf perspektivləri və əsas prioritet tədbirlər, ikinci məsələ kimi "Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri" barədə proqramın layihəsi və eləcə də digər carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan birinci məsələ üzrə Dövlət Agentliyinin sədri Nağıyevin və ikinci məsələdə iqtisadiyyat naziri Cabbarovun geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda gündəlikdə müzakirə olunan hər iki dövlət proqramının layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax