Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

2 ölkənin XİN-i bölgədəki gərginliklə bağlı bəyanat yaydı

2 dəq
Paylaş:
2 ölkənin XİN-i bölgədəki gərginliklə bağlı bəyanat yaydı

Azərbaycan naziri ilə bəhreynli həmkarı Abdullətif bin Rəşid əl-Zayani arasında baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Yaxın Şərq regionunda son hərbi eskalasiya, mühitində artan gərginlik və bunun mümkün nəticələri barədə fikir mübadiləsi aparılıb.

Nazirlər bölgədə vəziyyətin sürətlə dəyişməsindən ciddi narahatlıqlarını ifadə edərək, gərginliyin daha da artmasının regional sabitlik üçün arzuolunmaz nəticələr doğura biləcəyini vurğulayıblar.

Söhbət zamanı deeskalasiya tədbirlərinin təxirəsalınmaz xarakter daşıdığı bildirilib, diplomatik kanalların açıq saxlanmasının, dialoq və danışıqlar prosesinin təşviq edilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyi diqqətə çatdırılıb. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax