Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Jessi Bisivu "Atletiko" və "Barselona"nın transfer hədəfidir

2 dəq
Paylaş:
Jessi Bisivu "Atletiko" və "Barselona"nın transfer hədəfidir

İspaniya nəhəngləri bazarında növbəti dəfə üz-üzə gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, " Madrid" və "Barselona"nın ortaq hədəfi hazırda Belçika futbolunun parlayan hesab olunan Jessi dur.

"" klubunun formasını geyinən 18 yaşlı hücumçu, Avropanın böyük klublarının diqqətini cəlb etməyi bacarıb.

Paytaxt təmsilçisi "Atletiko Madrid" bu gənc istedadı yaxından izləyir. Hazırda Belçika təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi olan Bisivu, hücum xəttindəki effektivliyi ilə seçilir. Maraqlıdır ki, futbolçu eyni zamanda "Barselona"nın da transfer siyahısında ilk sıralarda yer alır.

Bisivu hələ əsas komandada rəsmi debüt etməsə də, "Brügge" onu artıq Çempionlar Liqasının "B" siyahısına (gənclər siyahısı) daxil edib. Yerli media gənc cinah oyunçusunun yaxın gələcəkdə əsas heyətdə şans qazanacağını və böyük potensiala sahib olduğunu vurğulayır. Belçika klubu isə strateji bir gediş edərək, oyunçunun müqaviləsini 2027-ci ildən daha uzun müddətə uzatmağı və gələcəkdə yüksək məbləğə satmağı planlaşdırır.

"Atletiko Madrid" son dövrlərdə fərqli nəticələrlə diqqət çəkir. Kral Kubokunda "Barselona"nı darmadağın etməsinə baxmayaraq, La Liqada "Rayo Valyekano"ya məğlub olması komandanın stabilliyi ilə bağlı suallar yaradıb. İndi isə klub həm meydanda, həm də transfer bazarında "Barselona" ilə ciddi rəqabət aparmalı olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax