DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
06.05.2024 11:55
Aa
dəq

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, müraciətdə avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarından yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməli olduqları qeyd olunub.

"Yağışlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməli, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər. Piyadalardan da ehtiyatlı olmaq, avtomobil yoluna çıxmamaq, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmək xahiş olunur", - məlumatda bildirilib.

Xatırladaq ki, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir.

Həftənin ən çox oxunanları

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
DAVAMIN OXU davamın oxu

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu

Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
DAVAMIN OXU davamın oxu