Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə şəhərindəki sənaye zonasına endirilən pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində yanğın baş verib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” informasiya agentliyi "Al Jazeera" nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, hadisə yerində mülki müdafiə qrupları alovun söndürülməsinə cəhd edir. Hazırda zərərçəkənlər barədə rəsmi məlumat yoxdur.