Dövlət Agentliyi həkimlərin əməkhaqqı məsələsinə aydınlıq gətirib

Dövlət Agentliyi həkimlərin əməkhaqqı məsələsinə aydınlıq gətirib
31.07.2023 12:47
Aa
dəq

Son günlər dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqları ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yayılır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova səhiyyə işçilərinin, o cümlədən həkimlərin əməkhaqları ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir.

Səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları təkcə müayinələr qarşılığında ödənilən bonuslardan və ya ödənişlərdən ibarət deyil. Həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır: Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr (bonus), əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

Belə ki, həkimlərin aylıq vəzifə (tarif) maaşı 9-15 dərəcə arasında dəyişərək 478-607 manat, aylıq sabit həvəsləndirici əlavəsi isə 800 manat təşkil edir. Bununla yanaşı, həkimlər işin nəticəsinə görə həvəsləndirici əlavələr - yəni bonus da alırlar.

Aynurə Əhmədova bildirib ki, həkimlərin əməkhaqlarından danışıldıqda ən çox müzakirə edilən bonuslar məsələsinə xüsusilə aydınlıq gətirmək lazımdır: “Həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Xidmətlər Zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3-295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10-24 000 manat arası təşkil edir. Bu icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır”.

Həftənin ən çox oxunanları

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu