Əsas məzmuna keç

Merzə qarşı etimad böhranı dərinləşir - Qarşıda daha iki seçki var

Merzə qarşı etimad böhranı dərinləşir - Qarşıda daha iki seçki var

“The Guardian” Almaniya kansleri Fridrix Mertsin partiyasında nüfuzunun zəiflədiyini və liderliyinin gələcəkdə mübahisələndirilə biləcəyini yazıb.

ru en

Fridrix Merzin Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə Xristian Demokrat İttifaqının (XDS) məğlubiyyətindən sonra partiyası daxilində etimad böhranı ilə üzləşib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “”ın məlumatına görə, Merzin populyarlığı o qədər azalıb ki, partiyası onun seçki kampaniyasında iştirakını istəməyib.

Nəşrin yazdığına görə, kanslerin şəkli seçki plakatlarının heç birində yer almayıb və Merz əyalətin paytaxtı Maqdeburqa səfəri zamanı ictimaiyyətdən ciddi şəkildə təcrid olunub.

Sentyabrın 6-da keçirilən seçkilərdə sağ populist “” (AfD) partiyası səslərin 43,8 faizini toplayıb. Kanslerin rəhbərlik etdiyi XDS isə 17,2 faiz səs əldə edib.

“The ” bu nəticəni XDS üçün “fəlakətli” məğlubiyyət kimi qiymətləndirib. Nəşrin analitiklərinə görə, Mertsin liderliyi partiya üçün yükə çevrilib və onun nüfuzu yaxın gələcəkdə ciddi şəkildə sorğulana bilər.

Sentyabrın 20-də Berlin və Meklenburq-Ön Pomeraniya torpaqlarında daha iki səsvermənin keçiriləcəyi bildirilir. Proqnozlara əsasən, XDS-nin bu seçkilərdə də uğursuz nəticə göstərəcəyi gözlənilir.

Nəşr qeyd edir ki, hazırda Merzi yalnız inandırıcı alternativin olmaması və Almaniyada rəhbərliyin qəfil dəyişdirilməsinə konstitusion maneələrin mövcudluğu qoruyur.

“The Guardian”ın qənaətinə görə, hazırkı vəziyyət artıq partiya taktikasının hüdudlarını aşır. Nəşr Almaniyanın müharibədən sonrakı respublikanın əsas dəyərlərinin sual altına alındığı siyasi sarsıntılar dövrünə daxil olduğunu yazır.

Fridrix Merz daha əvvəl Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərin nəticələrinə əsasən XDS-nin məğlubiyyətini etiraf edib. Kansler bunu partiya üçün “dərin dönüş nöqtəsi” adlandırıb və Rusiyanın, eləcə də ABŞ-nin “ üçün Alternativ” partiyasını təbrik etdiyini qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…